Azərbaycanda 2021-ci ildə 836 nəfər ilk dəfə siflis diaqnozu ilə qeydiyyata alınıb.
Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu da, əhalinin 100 mininə 8,3 nəfər düşür.
2020-ci ildə ölkədə 666 nəfərə, 20019-cu ildə isə 826 nəfərə ilk dəfə siflis diaqnozu qoyulub. Azərbaycanda ilk dəfə siflis diaqnozu qoyulanların sayı son 2 ildə müvafiq olaraq 25,5 % və 1,2 % çoxdur.
Hesabat dövründə ilk dəfə siflis diaqnozu qoyulan şəxslərin 66,5 %-I və ya 556-sı kişi (əvvəlki illə müqayisədə 24,4 % çox), 33,5 %-i və ya 280-ni qadın (27,9 % çox) olub.
2021-ci ildə Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı əvvəlki illə müqayisədə 10 % azalaraq 2 222-yə enib. Bu dövrdə əhalinin hər 100 min nəfərinə düşən sifilisli xəstələrin sayı isə 24,7-dən 22,1-ə enib.
Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin 1 473-ü kişilər, 749-nu isə qadınlar təşkil edib. Son nəticədə bu xəstəliyə yoluxan kişilərin sayı illik müqayisədə 8,8 %, qadınların sayı isə 12,2 % azalıb.
Şəbnəm