Bir sıra egzotik meyvələr Azərbaycana idxal edilərək satışa çıxarılır. Belə meyvələrə bütün marketlərdə rast gəlmək mümkün olmasa da, böyük mağazalar şəbəkələrinin filiallarında (superstore) satılır. Belə meyvələr əsasən, ədədlə təklif olunur. Mağazalardan aşağıdakı meyvələri əldə edə bilərsiniz. Ananas - 4.99 manat Avakado – 2.99 manat Kerovuz kökü – 3.99 manat Kerovuz yarpağı – 5.99 manat Mandarin – 5.49 manat Manqo – 6.55 manat Tamarella – 8.55 manat Laym – 1.19 manat Şirin kartof – 7.55 manat Qeyd olunan qiymətlər meyvələrin bu günə (28 iyuna) olan qiymətləridir. Növbəti günlərdə qiymət ucuz və ya baha ola bilər. Meyvələrin “Araz”, “SPAR” və “Favorit” marketlərdə olan qiymətləri qeyd olunub. “Araz” Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi Elvin Babayev bildirib ki, çalışırıq ki, keyfiyyətli məhsul təklif edək: “Çünki idxal olunan bu meyvələrin qiyməti kalibrinə (ölçüsünə görə) dəyişir. Biz bu meyvələrin ən böyük ölçüdə olanlarını və uyğunluq sertifikatı olanlarını satırıq. Bəzi marketlərdə və bazarlarda məhsulun qiyməti müxtəlif ola bilər. Qiymət müxtəlifliyi yalnız kalibrinə və keyfiyyətinə görə dəyişir. Alışı gündəlik həyata keçiririk. Bazar qiymətinə (alış qiymətinə) uyğun marketlərimizdə qiymət formalaşır”. (Fins.az)