Bu ilin yanvar ayında Azərbaycanın ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,3% artaraq 112 mln. manat olub. Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42%-i hüquqi şəxslərin, 58%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 7,9% artaraq 46,5 mln. manat təşkil edib.
Namiq