Azərbaycanda pambığın məhsuldarlığı 2018-ci illə müqayisədə 64,2 faiz artıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Foodinfo xəbər verir ki, bu il noyabrın sonuna olan vəziyyətə görə, bir hektarda pambıq məhsuldarlığı 29 sentner təşkil edib. Bu göstərici ötən illə müqayisədə 11,4 sentner çoxdur:
“Nəzərə alsaq ki, pambıq yığımı davam edir, mövsümün sonunadək istehsal və məhsuldarlıq göstəricilərinin artması gözlənilir”.
Pambıq əkilən bütün rayonlarda məhsuldarlıq göstəricisi 2018-ci il üzrə orta məhsuldarlıq göstəricisindən yüksək olub.
2019-cu ildə pambığın əkin sahəsi 32,4 min hektar azalaraq 100,1 min hektar təşkil edib. Eyni zamanda noyabrın sonuna olan vəziyyətə görə, ölkədə 290,145 min xam pambıq istehsal olunub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 74 min ton və 34,1 faiz çox, ümumilikdə 2018-ci illə müqayisədə 23,8 faiz çoxdur.
Nurlan