Bu gündən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeron ərazisində üç fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başlayıb. Foodinfo.az xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir. “Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir: - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) - Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) - Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A Qeyd edək ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkası martın 7-dək fəaliyyət göstərəcək.