Bakı şəhərindən Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib.
Foodinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.
Məlumat verilib ki, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib.
[gallery ids="45617,45618,45619,45620,45621"]