Vitamin çatışmazlığı probleminin son illərdə nisbətən azalmasına baxmayaq dünyanın bir çox ölkəsində milyonlarla insan hələ də vitamin çatışmazlığı problemindən əziyyət çəkir. Lakin bundan xilas olmanın yolu heç də əks təsirlərini bilmədiyiniz vitaminlərdən istifadə etmək deyildir.
Bədəninizin vitamin çatışmazlığını göstərən 8 əlamət və onları aradan qaldıracağınız 8 üsul:
Saç tökülməsi
Bundan xilas olmaq üçün B7 vitaminini daha çox qəbul etməlisiniz. Qida olaraq badam və banan yemək məsləhət görülür.
Əzələ ağrıları
Tez tez baş verən əzələ ağrıları kalsium, magnezyum çatışmazlıqlarından irəli gəlir. Qida olaraq fındıq, badam, ərik qurusu, banan və alma məsləhət görülür.
Üzün dərisində əmələ gələn qızartılar
Bu qızartıların əsas səbəbi yenədə B7 vitamininin əskikliyidir. Qida olaraq göbələk, kartof, pendir, qaynadılmış yumurta, ispanaq B7 ni bədəninizdə artırır.
Bədən üzvlərinizdə keyimə hissi
B6, B12 və B9 vitamini baxımından zəngin qidaların az qəbulu üzvlərdəki keyimə hissinə başlıca səbəbdir. Bu vitaminlər hüceyrələrə oksigen daşınmasında rol alan qan hüceyrələrinin istehsalında istifadə edilən qida bloklarını təsir edər.
Qida olaraq paxla, sitrus meyvələri, dəniz məhsulları məsləhət görülür.
Ayaq və əllərdəki şişliklər
Bu daha çox A vitamini əskikliyidir. Qida olaraq daha çox somon və fındıq məsləhət görülür. Lakin A vitamini ilə zəngin olan qırmızı bibər və kök kimi tərəvəzlərin qəbulundan imtina etməyin.
Gözlərin ağında meydana gələn sarılıq
Bu B12 vitamin çatışmzlığının ən böyük səbəblərindən biridir. Qida kimi başlıca olaraq ət yeyilməsi daha çox məsləhət görülür. Bundan əlavə süd məhsulları da sizə yardım edəcək.
Zərər görmüş diş minaları
Araşdırmlara görə D vitamin çatışmazlığı olan insanlar diş problemləri ilə daha çox qarşılaşırlar. Qida olaraq süd və süd məhsulları, qəhvəyi düyü, pomidor, lobya, balıq, üzüm və sitrus meyvələri məsləhət görülür.
Ağız kənarında çatlar
Bu bədəninizdəki B3, B2, B12 vitaminlərinin azlığını göstərir. Qida olaraq isə daha çox balıq, yumurta, paxla və fındıq məsləhət görülür. Bundan əlavə olaraq infeksiyayla mübarizə məqsədi ilə C vitaminindən də istifadə etməyi unutmayın.
Bütün bu əlamətlər bədəninizdəki vitamin çatışmazlığını göstərir. Verilən məsləhətləri yerinə yetirərək həyatınız, sağlamlığınız üçün böyük əhəmiyyət kəsb edən vitamin çatışmazlığından yaxa qurtara bilərsiniz. Unutmayın hər şeydən əvvəl sizin sağlamlığınız daha önəmlidir. (Olaylar.az)