Havalar soyuduqca qrip və soyuqdəymə infeksiyaları artır.
İnfeksiyalardan qorunmaq üçün immunitet sistemini gücləndirmək vacibdir. Bakteriyaları təmizləyən bal və immunitet sistemini gücləndirən limon qarışığı xüsusilə, tənəffüs yolları xəstəliklərinin səbəb olduğu öskürəyə qarşı təsirlidir. Öskürək səbəbi ilə yuxusuzluq çəkirsinizsə, bir stəkan ilıq suya, bir yemək qaşığı bal və 3 yemək qaşığlı limon suyu qarışdırıb içə bilərsiniz.
Boğaz ağrısı və qaşıntısı zamanı bal və limon qarışığı istifadə edin. Qarışığı hazırlamaq üçün limonun 3 tərəfini kəsib içərisini boşaldın. Təmiz bal və biraz zəncəfil kökü əlavə edin. 1-2 ay bu vəziyyətdə saxlayın. Daha sonra isti su əlavə edin, qarışıq hazırdır. Böyüklər gündə 2-3 şorba qaşığı, uşaqlar isə 2 çay qaşığı istifadə edə bilər. (Metbuat.az)
https://www.youtube.com/watch?v=MlBUXmvkXDw