“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdindəki “Azərpambıq ASK” MMC üzrə 2019-cu təsərrüfat ilində respublikanın 15 rayonunda 29 min hektar pambıq əkini aparılıb.
Foodinfo xəbər verir ki, MMC-nin mətbuat xidmətindən bildirilib ki, bunun 1516 hektarı cəmiyyətin Biləsuvar rayonunda yerləşən Təcrübə Sınaq Təsərrüfatında, 27 min 484 hektarı isə fermerlərlə bağlanmış müqavilələr əsasında əkilib. Həmin sahələrdən ümumilikdə 80,5 min ton xam pambıq tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 27,8 sentner təşkil edib. Hazırda Pambıq Emalı zavodlarında xam pambığın emalı prosesi uğurla davam edir.
2020-ci təsərrüfat ilində MMC üzrə 30,5 min hektarda pambıq əkini aparılması, 91,5 min ton xam pambıq tədarük edilməsi və hər hektardan 30 sentner məhsul alınması nəzərdə tutulub.