İslam dinində haram qidalar müəyyən olunmuşdur. Məstedici içkilər, tərkibində məstedici maddə olan yeməklər, yeyilməsi haram olan heyvanların əti, bismillahla kəsilməmiş hər cür heyvan əti bura aiddir. Yeyilməsi halal olan, yəni halal yolla kəsilmiş və ya ovlanmış heyvanın ətini istər bişmiş, istərsə də çiy halda yemək icazəlidir. Burada hər kəsin zövqü və düşdüyü şərait nəzərə alınır. Çiy ət və balıq yemək öz-özlüyündə haram deyil. Amma bu cür yemək sağlamlığa ciddi ziyan yetirərsə, o halda haram olar. Hər bir başqa qida kimi, çiy əti də yemək sağlamlıq üçün təhlükə törətməməlidir, əks halda, haram kateqoriyasına daxil olar. (İslam.az)