"Bizim hədəfimiz bütün Azərbaycanı əhatə etməkdir. Nəyinki rayon mərkəzlərini hətta kənd və qəsəbələrdə də fəaliyyət göstərməkdir. Hər kəsin ucuz qiymətə məhsul almaq haqqı var. Biz bunun üçün çalışırıq. Hal-hazırda Azərbaycanın 56 şəhər və rayonunda filialımız var. Demək olar ki, bütün rayonları əhatə etmişik".
Bu fikiləri Foodinfo.az-a açıqlamasına “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev deyib.
O bildirib ki, bölgələrdə filial açmağın müəyyən çətinlikləri var. Hər hansı bir regionda filial açmazdan öncə birinci o region üzrə anbar və logistika mərkəzi yaradılmalıdır. Biz buna nail olmuşuq. 2018-2019-cu il üçün hədəfimiz dağ rayon və kəndlərimizdə də OBA market açmaqdır.
Kərim