Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın 43 ölkəsindən bir milyondan çox insan vəba xəstəliyinə tutulmaq riski ilə qarşı-qarşıyadır.
Foodinfo.az xəbər verir ki, xəstəliyin yayılması xüsusən 2021-ci ildə sürətlənib.
Müvafiq vəziyyət ötən ilin dekabrında əhəmiyyətli dərəcədə ağırlaşıb.
Xəstəlik əsasən Afrika, Asiya və Karib hövzəsinin 24 ölkəsində yayılmağa başlayıb. Bunlara Tanzaniya, Cənubi Afrika, Zimbabve və Zambiya da daxildir. Bu ölkələrdə xəstəlik 2023-cü ilin fevralın ortalarından bu yana yayılmağa başlayıb.