Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə görə, ticarət və iaşə obyektlərinə,məsələn marketə və ya restorana ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi yəni 10-15%)-ivətəndaşa qaytarılacaq.Bu qayda həm nağd, həm də kartla edilən ödənişlərə aid edilir. Ticarət və iaşə obyektlərinə,məsələn marketə və ya restorana ödəniləcək məbləğin ƏDV-sinin 10-15%-inin vətəndaşa qaytarılması ilə bağlı vergilər məcəlləsinə edilən müvafiq dəyişikliklə bağlı açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki,"Əgər çekinizdə aşağıdakı tələblərə cavab verməyən çek varsa artıq, Vergi Məcələsinin 165.5 maddəsindən istifadə edə bilməyəcəksiniz.
1. vergi ödəyicisinin adı və VÖEN-i;
2. çekin vurulmasının tarixi və saatı;
3. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
4. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
5. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
6. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
7. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti)
8. malın sürətli məlumat kodu (Quick Response Code).
Yuxarıda qeyd olunan məlumatın biri çekdə yoxdursa, o etibarsız hesab edilir. Ona görə əhalinin nəzərinə çatdırmaq istəyirəm ki, güzəşdən istifadə etmək istəyirsinizsə bu məqamlara diqqət yetirməlisiniz"