İnsan orqanizmi üçün ən faydalı məhsullardan biri ispanaqdır. Foodinfo.az “CNN Türk”ə istinadən bu bitkinin faydalarından bəhs edir.
Türkiyəli həkim Fevzi Özgönülün sözlərinə görə, ispanaq dəmir deposu adlandırıla bilər. Həmçinin onun tərkibində A, B, C, E vitaminləri, maqnezium, fosfor və yod mineralları və protein mövcuddur.
“Xüsusilə yaz aylarında artan xəstəliklərə qarşı orqanizmi qoruyur. Sümük və dişləri də gücləndirir. Diş çürüməsinə qarşı da qoruyucu rol oynayır”, - deyə həkim qeyd edib.
Leyla