Məşhur “Walmart” supermarketində soyuducudan götürdüyü dondurmanın dadına baxıb yerinə qoyan gəncə 1 ay inzibati həbs cəzası verilib. Foodinfo.az “Report”a istinadən bildirir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib. 24 yaşlı D.Anderson bunu sosial şəbəkədə paylaşaraq zarafatlaşmaq məqsədi ilə etdiyini etiraf edib. Təhlükəsizlik kameraları daha sonra gəncin dondurma qutusunu geriyə götürüb satın aldığını da qeydə alıb. Hökmə əsasən, ona 1 aylıq inzibati həbs cəzasından başqa, 100 saat islah işləri, 1 000 ABŞ dolları cərimə və dondurma şirkətinə 1 565 ABŞ dollar ödəmə cəzası da təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 26-da Texas ştatının Hyuston şəhərindən 145 km məsafədə yerləşən Port-Artur şəhərində qeydə alınıb.
https://youtu.be/FUogxH-L0SM