Kaliforniya Tibb Universitetinin həkimi Kristian Bibbnies yeni bir araşdırma apararaq belə nəticəyə gəmişdir ki,yeməklərimizin ayrilmaz tərkib hissəsi olan duz insan həyatı üçün təhlükəlidir. Araşdırmaya görə hər insan gün ərzində 9-12 qram duz istehlak edir və nəzərə alsaq ki,duzun bir qramında 0,4 qram natrium var bu da gün ərzində 2,000-2,400 milliqram natrium deməkdir. Duzun insan orqanizmindəki yaratdığı ən böyük fəsadlar isə qan təzyiqi və ürək xəstəlikləridir.
Tədqiqatçıların araşdırmalarına görə hər gün 3 qram duz azaltmaqla (təxminən 1,200 mqr natrium) 6% ürəkxəstəliyini, 8% infarktın və 3% isə ölümün qarşısını almaq olar.
"Digər sözlə desək hər gün 3 qram az duz istehlak etməklə biz ömrümüzü uzada bilərik" - bu sözləri Kristian Bibbnies mətbuat konfransında deyib. Foodinfo.az