Dövlət Gömrük Komitəsinin (DGK) Sumqayıt Baş Gömrük İdarəsi Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib.
Proses Sumqayıtda, DGK-nın müvafiq qurumlarının iştirakı ilə baş tutub.
Belə ki, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan ümumilikdə 7 835,7 litr spirtli və sərinləşdirici içki, 4 235 700 ədəd tütün məmulatı, 1 621,8 kq qarışıq ərzaq məhsulları, 14 479,65 kq müxtəlif məişət malları məhv edilib. Bunlardan 27 lirt spirtli içki Ermənistan mənşəlidir.
Məhv edilən mallar 2016-2018-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan kateqoriyalara aiddir.
Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub. (Report)
https://www.youtube.com/watch?v=z6drhTye0_k
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?