Gürcüstanda illik inflyasiya 4,9% təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İyul ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,8% artıb. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,8%-ə bərabər olub. İllik müqayisədə qiymətlərdə 4,2% artım qeydə alınıb.
İyul ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,5%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 1,6%, süd, pendir və yumurtanın qiyməti 4,8%, balığın qiyməti 1,3%, yağın qiyməti 1,2%, ətin qiyməti isə 2,3% artıb. Tərəvəzlərin qiyməti isə 2,2% ucuzlaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 8%, alkoqollu içkilər və tütünün qiyməti 13,8%, nəqliyyat xərcləri 4,4%, istirahət xərcləri 6,2%, səhiyyə xərcləri isə 3,9% artıb. (Report)