ABŞ-nin “Google” və “Amazon” da daxil olmaqla nəhəng texnologiya şirkətləri Avropa ölkələrində işçilərin kütləvi ixtisarı ilə bağlı ciddi çətinliklərlə üzləşiblər.
Foodinfo.az xəbər verir ki, xüsusən Fransa və Almaniyada bu proses daha çətinləşib.
Sözügedən çətinliklərin səbəbi Avropa ölkələrinin əmək qanunvericiliyi olub. Belə ki, həmin ölkələrdə nümayəndələri transsərhəd texnoloji korporasiyaların filiallarının işçilərinin maraqlarını qoruyan yerli “iş şuraları” ilə əvvəlcədən məsləhətləşmədən geniş miqyaslı ixtisarların təşkili demək olar ki, mümkün deyil.
Buna görə də hazırda “Google” şirkətinin Fransadakı törəmə şirkəti əməkdaşlarını könüllü işdən çıxaramağa təşviq edir. Ancaq uğursuz cəhdlərdən sonra “Google” və “Amazon” bu məsələni Almaniya və Fransadakı “iş şuraları” müzakirəyə başlayıblar.
Leyla