
Resveratrol təbii bir antioksidant olaraq bitkilərin özlərini zərərli amillərdən qorumaq üçün ifraz etdiyi maddədir. Son illərdə aparılan tədqiqatlar bu maddənin ürək-damar xəstəliklərindən qoruduğunu, yaşlanma prosesini ləngitdiyini və xərçəngə qarşı təsirli ola biləcəyini göstərir.
Bəs bu faydalı birləşmə hansı qidalarda var?
Foodinfo.az xəbər verir ki, resveratrolun ən zəngin mənbələrindən biri qırmızı üzümdür. Xüsusilə üzüm qabığı və toxumu bu maddəni çox miqdarda ehtiva edir. Qırmızı şərab da fermentasiya prosesi nəticəsində resveratrolu yüksək miqdarda saxlayır. Lakin alkoqolsuz formada üzüm suyu və ya təzə meyvə daha sağlam seçimdir.
Moruq, qarağat, böyürtkən və yaban mersini kimi giləmeyvələr də resveratrol ehtiva edir. Bu meyvələr həm dəri sağlamlığı, həm də immun sistemi üçün faydalıdır.
Yerfındığı və püstə həm protein, həm də sağlam yağlarla yanaşı, resveratrol baxımından da zəngindir.
Az bilinən, amma resveratrol ehtiva edən digər mənbələr isə üzüm yarpaqları və üzüm əsaslı sirkələrdir. Xüsusilə təbii fermentlərlə hazırlanan məhsullar daha təsirlidir.
Resveratrol sağlamlığımız üçün güclü təbii dəstəkdir. Bu maddə ürək qoruyucu, iltihab azaldıcı, xərçəngə qarşı qoruyucu və anti-aging təsirləri ilə tanınır.
Onu təbii yolla qəbul etmək üçün rasionunuza qırmızı üzüm, giləmeyvə, çərəzlər və kakao məhsulları əlavə etmək kifayətdir. Unutmayın, balanslı və müxtəlif qidalanma sağlamlığın açarıdır.