Balqabağın kalorisi azdır, lakin yaxşı həzmi təmin edən və qan şəkərinin sabit səviyyəsini saxlayan liflə zəngindir. Həmçinin, pəhriz lifi sizə uzun müddət toxluq hissi verir və yemək istəyinin qarşısını alır.

Foodinfo.az xəbər verir ki, məhsulun tərkibində olan kalium əzələlərin bərpasına və böyüməsinə kömək edir. Mütəxəssislər deyirlər ki, əzələləriniz nə qədər çox olarsa, hətta istirahət edərkən də vücudunuz bir o qədər çox kalori yandırır.

Balqabaq immunitet sistemi üçün də faydalıdır. Bundan əlavə, balqabağın tərkibində əhval-ruhiyyəni yaxşılaşdıran və stresslə mübarizə aparan amin turşusu  triptofan var.