Avstraliyada polis 65 yaşlı balıqçı Kevin Darmodini yediyi iddia edilən timsahı öldürüb. Foodinfo.az bildirir ki, bu barədə 7News xəbər verir.

Darmodi Kvinslend ştatında Kennedi çayının sahilində balıq tutarkən yoxa çıxıb. Bundan əvvəl, yaxınlıqdakı turist düşərgəsində balıq ovu yerindən qışqırıq və səs-küy eşidiblər.

İtkin düşən balıqçının axtarışları bir neçə gün davam edib. Polis onun çaya sürüklənərək timsah tərəfindən yeyilə biləcəyindən şübhələndiyi üçün uzunluğu 4,1 və 2,8 metr olan iki sürünən taparaq öldürüb. Yarılma zamanı timsahlardan birinin mədəsində insan qalıqları aşkar edilib. Səlahiyyətlilər qalıqların Darmodiyə aid olduğunu düşünür və şəxsiyyətin müəyyənləşdirilməsi prosesini planlaşdırır.

Fərid