2019-cu ildə ixrac və idxal olunan məhsulların adları açıqlanıb. Dövlət Statistika Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, keçən il 2018-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər 40,8 faiz, tütün 1,6 dəfə, meyvə və tərəvəz şirələri 31,8 faiz, çay 10,2 faiz, meyvə və tərəvəz konservləri 3,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 21,3 faiz, pambıq lifi 1,6 dəfə, emal olunmamış alüminium 32,9 faiz, polietilen 8,8 faiz, pambıq ipliyi 34,9 faiz, bentonit gili 19,1 faiz artıb. İl ərzində təzə tərəvəz ixracı isə 5,2 faiz, kartof 7,2 faiz, bitki yağları 24,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 19,1 faiz, qara metallardan yarımfabrikatlar 37,6 faiz, qara metallardan borular 82,5 faiz azalıb.
2018-ci illə müqayisədə ötən il buğda idxalı 46,6 faiz, xam şəkər və şəkər 45,1 faiz, təzə meyvə 3,5 faiz, bitki yağları 8,9 faiz, kərə yağı, digər süd yağları və pastaları 15,8 faiz, çay 8,8 faiz, kartof 27,6 faiz, quş əti və onun əlavə məhsulları 10,6 faiz, mal əti 5,8 faiz, təzə tərəvəz 17,9 faiz, minik avtomobilləri 1,7 dəfə, polad prokatı 29,7 faiz, mineral gübrələr 17 faiz, hesablama maşınları, blok və qurğuları 16,8 faiz, rezin şinlər 17,9 faiz, avtobuslar 1,8 dəfə, mebellər 4,2 faiz, yük avtomobilləri 1,6 dəfə, polietilen 20,9 faiz, məişət kondisionerləri 54,2 faiz, paltaryuyan maşınlar 6,6 faiz, qara metallardan künclüklər 19 faiz artıb.
Siqaret idxalı isə 62,1 faiz, qara metallardan borular 12,7 faiz, qara metallardan çubuqlar 12,2 faiz, sement və sement klinkerləri 5,2 faiz, məişət soyuducuları 9,6 faiz azalıb.
Namiq