
Uzun müddət keçməyən öskürək həm narahatedici, həm də sağlamlıqla bağlı ciddi problemin əlaməti ola bilər.
Foodinfo.az xəbər verir ki, öskürəyin səbəbi allergiya, soyuqdəymə, bronxit, həzm problemləri və ya reflü ola bilər. Ona görə də ilk növbədə həkim müayinəsi vacibdir. Bununla yanaşı, bəzi təbii üsullar öskürəyin yüngülləşməsinə kömək edir.
1. Bal və isti su – boğazı sakitləşdirir, iltihabı azaldır və öskürəyi yumşaldır.
2. Zəncəfil çayı – boğaz əzələlərini rahatladır, antibakterial xüsusiyyətə malikdir.
3. İsti süd və bal qarışığı – xüsusən gecə öskürəyini azaldaraq rahat yuxuya kömək edir.
4. Nanə və ya mentollu çay – tənəffüs yollarını açır, nəfəs almanı asanlaşdırır.
5. Buxar inhalyasiyası (su buxarı) – quru öskürəyi yumşaldır, seliyi duruldur.
6. Bol maye qəbulu – bəlğəmi incəldir və boğazın qurumasının qarşısını alır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, öskürək iki həftədən çox davam edərsə, xüsusilə qanlı bəlğəm, nəfəs darlığı və ya sinə ağrısı ilə müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.