Dnepropetrovsk məktəblərinin birində kimya müəllimi uşaqların fast-food və marketlerdən alınma zərərli qidaları hər gün yediyini görüb, onlara bu qidaların fəsadını göstərmək üçün elə məktəbdəcə təcrübə keçirmək qərarına gəlib.
Foodinfo.az medicina.az-a istinadən bildirir ki, müəllim məktəbin laboratoriyasında 12 siçan üzərində şagirdlərlə birgə bu təcrübəni aparıb.
Siçanları 4 qrupa bölərək, ayrı qəfəslərdə saxlayıb. Birinci qrupa hər gün çipsi və qazlı, şirəli su verib. İkinci qrupa suxarilər, üçüncü qrupa E 621 maddəsi qatılmış (kolbasa, sosis və fast-food-da olur) qidalar, dördüncü qrupa isə meyvə, dənli bitkilər və adi su verilib. Siçanlar 2 ay bu qayda ilə qidalandırılıb.
Nəticə hər kəsi şoka salıb. Birinci qrupdakı siçanlar 2 həftədən sonra bir-bir ölməyə başlayıblar.
Ölməzdən əvvəl onların tükü tökülüb, gözləri tutulub.
Sonra ekspertiza göstərib ki, bu siçanlar qaraciyər sirrozundan və gözün torlu qişasının iltihabınndan ölüblər.
İkinci qrupdakı siçanlar da 2-3 həftə ərzində həzm orqanları sıradan çıxmış, zəifləmiş vəziyyətdə olublar.
Üçüncü qrup maddə qatılan qida yeyən siçanlar aqressivləşmiş, davranışları dəyişmişdi.
Normal qida ilə qidalanan qrupun siçanları isə aktiv və yaxşı qalmışdılar.
Bu nəticələri gözləri ilə görən şagirdlər qorxaraq söz veriblər ki, bir daha fast-food, zərərli qidalar yeməyəcəklər.
Müəllim belə təcrübələrin 100 dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır prinsipi ilə daha yaxşı işə yaradığını bildirib.