“Avrozonada əsas inflyasiya yaxın müddətdə yüksək olaraq qalacaq və Avropa Mərkəzi Bankı (AMB) istehlak qiymətlərinin artımını azaltmaq üçün faiz dərəcələrini artırmağa davam edəcək”.
Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə AMB rəhbəri Kristin Laqard bildirib.
“Biz uğura nail oluruq, amma görəsi işlərimiz hələ az deyil. Hələlik iqtisadiyyat dözümlülük göstərir. Məşğulluq göstəriciləri yaxşıdır, işsizlik isə minimal həddədir”, - deyə K.Laqar qeyd edib.
Xatırladaq ki, avrozonada inflyasiya fevral ayında 8,6 faizdən 8,5 faizə enmişdi.
Nurlan