Son dövrlər qida sənayesində geniş istifadə olunan limon duzu (sitrat turşusu) gündəlik qidalarımızın dadını artırmaq və konservant kimi işlədilir. 

Foodinfo.az xəbər verir ki, doğru miqdarda istifadə edildikdə limon duzu ümumiyyətlə təhlükəsizdir, lakin bəzi hallarda diqqətli olmaq lazımdır.

Limon duzu qida məhsullarına turşuluq qatır, antioksidant xüsusiyyətləri sayəsində qidanın qorunmasına kömək edir və evdə təbii limon əvəzi kimi də istifadə oluna bilər.

Lakin mütəxəssislər bəzi mümkün zərərlərə də diqqət çəkirlər. Tez-tez və çox miqdarda istehlak edildikdə diş minəsini aşındıra, mədədə yanma və qıcıqlanma yarada bilər. Eyni zamanda, həddindən artıq istifadə natrium yükünü artıraraq qan təzyiqinə təsir göstərə bilər.

Limon duzu gündəlik qida və içkilərdə yalnız kiçik miqdarda istifadə olunmalıdır. Mədə problemi, mədə xorası və diş həssaslığı olan şəxslər üçün isə istehlakı məhdudlaşdırılmalıdır.