“Gənclik Mall”da yerləşən “Mado” restoranından daha bir şikayət var. Foodinfo.az xəbər verir ki, bu dəfə restoranın personalından şikayət olunub. Belə ki, müştəri sifariş vermək üçün yarım saat gözləsə də ona yaxınlaşan olmayıb. Sonda müştəri restoranda ofisiantlara yaxınlaşaraq sifariş vermək istədiyini bildirib. “Hesabı ödəmək üçün də yarım saat gözləməli olduq. Çox zəif, müştəri ilə ünsiyyət qura bilmirlər. Narazıyam” deyə müştəri şikayətində bildirib.
Qeyd edək ki, bir müddət əvvəl həmin restorandan daha bir şikayət daxil olmuşdu.
“Mado”da müştərini niyə içəri buraxmadılar? – “Gedin başqa yerdə yeyin…”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.