Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC iki istiqamət üzrə tender elan edir.
Lot1: “Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin illik polietilen paket məhsulları ilə təmantı.
Lot2: Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin illik kağız məmulatları (kassa lentləri, tərəzi və rəf etiketi) ilə təminatı.
Tenderdə iştirak etmək əzmində olan iddiaçılar emailin mövzu yerinə müvafiq olaraq “Lot1” və ya “Lot2” yazaraq [email protected] ünvanına aşağıda qeyd olunan məlumatları göndərib qeydiyyatdan keçə bilərlər: (Qeydiyyat üçün son tarix: 28.09.2018-ci ildir)
Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin olaraq qeydiyyatdan keçdikdən sonra ətraflı məlumat mail üzərindən iştirakçı şirkətlərə təqdim olunacaqdır. Tender iştirakçıları aşağıdakı sənədləri təqdim etməli olacaqlar:
-İddiaçı barədə məlumat (iddiaçının tam adı, hüquqi ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və digər rekvizitlər);
-İddiaçının iştirak etmiş olduğu bənzər irihəcmli proyektlər haqda məlumat toplusu.
-İstehsalçi müəssisənin analoji məhsulların istehsalı sahəsində iş təcrübəsi və keyfiyyət zəmanəti;
-Tender üzrə təklif ediləcək məhsulların qida sektorunda istifadə olunacağını nəzərə alaraq müvafiq uyğunluq və gigiyenik sertifikatların surəti.