“Mətanət A” şirkəti Səyyar təchizatçı vakansiyanı elan edib. Foodinfo.az xəbər verir ki, işin təsviri aşağıdakı kimidir:
İşin təsviri:
Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
Alınan malların keyfiyyətinə nəzarət.
Əmək haqqı:
Razılaşma yolu ilə;
Tələblər:
Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
Ali təhsil;
Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;
Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
Kompüter biliyi;
Yaş həddi: 25-40;
3 il iş təcrübəsi;
Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
Şəxsi avtomobilin olması.
Əlavə tələblər:
Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur;
Qeyd:
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
CV-ləri [email protected] ünvanına göndərin.