Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 17-də “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Foodinfo.az xəbər verir ki, Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının şəhər və rayon­larında özəl ət kəsimi məntəqələrinin yaradılması nəzərdə tutulub.  Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və İqtisadiyyat Nazirliyinə tapşırıqlar verilib.