OBA marketlər şəbəkəsi yerli sahibkarlığa verdiyi dəstəyi daha da artırmaq, istehsalçıları satışa yox sırf keyfiyyətli məhsul istehsalına yönləndirmək, yeni fəaliyyətə başlayan sahibkarların məhsullarının topdan alınması istiqamətində müzakirələr aparmaq üçün sahibkarlarla görüş təşkil edəcək.
Bu barədə məlumat verən OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Elvin Babayev bildirib ki, görüşdə yerli sahibkarların istehsal potensialı, istehsal olunan məhsulun istehsal müəssisələrindən alınaraq birbaşa marketlərə çatdırılması, keyfiyyətə daimi nəzarət, keyfiyyətli xammal tədarükündə məsləhətlər, istehlakçıların tələb və davranışları və s. müzakirə olunacaq. OBA Azərbaycanın əksər bölgələrini tam əhatə etmiş yeganə şəbəkə marketidir.
Bu da sahibkarlar tərəfindən istehsal olunan məhsulların qısa zamanda ölkəmizin bütün bölgələrinə çatdırılması deməkdir.
OBA marketlər şəbəkəsi hal-hazırda 200-dən çox yerli istehsal müəssisəsi və sahibkarla əməkdaşlıq edir. Eyni zamanda görüşlərdə digər məqsəd yeni sahibkarlarla tanışlıq, onların biznesinin inkişafına dəstək, yeni istehsal sahələrinin yaradılmasına töhvə vermək və əhalinin qida təhlükəsizliyində yerli sahibkarların rolunu artırmaqdır.
E.Babayev əlavə edib ki, bu görüşlər mütəmadi olaraq keçiriləcəkdir. İlk görüş Bakı şəhərində, növbəti görüşlər isə Azərbaycanın digər bölgələrində olacaq.
Görüşdə iştirak etmək istəyən sahibkarlar [email protected] ünvanına rəsmi müraciət göndərə və ya (+994 55) 6900966 nömrəsi ilə əlaqə saxlaya bilərlər.