Ekvadorda cəsədi dəfn üçün hazırlanan yaşlı qadın “dirilib”. Bu barədə El Universo qəzeti yazıb.

Nəşr qeyd edir ki, Babaoyo şəhərindəki Martin xəstəxanasının həkimi öldüyü elan edilən Bellanın cəsədini yaxınlarına verib. Bir neçə saat qadın tabutun içində olub. Meyitin dəfn üçün hazırlanması üçün qapaq açıldıqdan sonra onda həyat əlamətlərinin olduğunu görülüb.

Həkimlər bunun bir neçə gün davam edə biləcək koma vəziyyəti ilə əlaqələndirib.

Fərid