COVID-19 pandemiyası bir çox ölkələrin cəmiyyətlərinə təsir göstərib, dəyişikliklərə səbəb olub. Bu barədə Foodinfo.az “Washington Post”a istinadən xəbər verir. 
Qeyd olunur ki, pandemiya məhdudiyyətləri insanları evdə idman etməyə təşviq edib.

Həmçinin valideynlərin övladlarına qayğısı və ev heyvanlarına münasibətdə də ciddi dəyişikliklər qeydə alınıb. Pandemiyanın təsiri ilə insanların ofislərə marağı da azalıb.

Araşdırmalar göstərib ki, 2023-cü ilin fevralında iş üçün ofislərə gedənlərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz azalıb. 


Pandemiya həmçinin restoranlara da təsir göstərib. Ekspertlər qeyd edirlər ki, artıq insanlar evlərindən kənarda yemək yeməyə bir o qədər də həvəsli görünmürlər.

Leyla