Pandemiya dünya iqtisadiyyatına və ticarətinə əhəmiyyətli zərbə vurdu.
Foodinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Penta Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Fesenko deyib.
Onun sözlərinə görə, koronovirus epidemiyası, karantin yeni və gözlənilməz iqtisadi böhrana səbəb olub.
Ancaq hər kəsi maraqlandıran daha bir məqam koronovirusun mənşəyinə dair olub. Ekspertin sözlərinə görə, ABŞ ötən ay koronavirusun mənşəyinə dair bəzi məlumatları yaymağa hazır olduğunu açıqlayıb.
“Gələcək pandemiyaların qarşısını almaq üçün bizə COVID-19-un mənşəyini bilmək lazımdır. Mənim administrasiyam koronovirusun mənşəyinə dair bütün gizli məlumatları öyrənməyə davam edəcək. Bu versiyalara virusun Uhan Virusologiya İnstitutu ilə əlaqəli olub-olmaması da daxildir”, - deyə ABŞ Prezidenti Co Bayden deyib.