Pıtırqanın xalq təbabətində istifadə edilən müalicəvi xüsusiyyətə malik bitkidir.
Foodinfo.az sağlamolun.az-a istinadən xəbər verir ki, pıtırqan kökü qurudularkən yuyulmur, bir az havaya verilib fırça ilə təmizlənir, uzununa kəsilir və qurudulur. Apteklərdə hazır üyüdülmüş pıtraq kökü tozu əldə edə bilərsiniz.
Pıtırqan bitkisinin faydaları:
Pıtırqan sidikqovucu və tərlədici vasitədir
Revmatizm və raxitin müalicəsi üçün təsirlidir
Babasilin mealicə edilməsində istifadə olunur
Xroniki qəbizlikdə pıtırqanın tumlarından istifadə edilir
Saçların tökülməsinin qarşısını alır
Mədə-bağırsaq yolunun fəaliyyəti üçün faydalıdırYanıqların müalicəsində istifadə edilir
Ekzemalarda çox yaxşı təsir edir
Qaraciyərin və mədəaltı vəz xəstəliklərinin müalicəsində yaxşı təsir edir
Öd daşlarının əriməsində təsirlidir
Beyin damarlarının təmizlənməsinə kömək edir
Oynaqlarda duzlaşmanın qarşısını alır
Qəbizliyin qarşısını alır
Pıtırqanın təzə əzilmiş kökü daha yaxşı təsir göstərir.
Müalicəvi xüsusiyyətə malik 5 resept:
1. 15 q pıtırqan kökü 200 q suda dəmlənir, 20 dəqiqə saxlanır, soyudulub süzülür və gündə 1 xörək qaşığı içilir. Bu, mədə-bağırsaq yolunun fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilir.
2. Pıtırqan tumundan həlim (qarınişlədici vasitə) – 20 q pıtırqan tumu, 200 q sudan yüngül həlim kimi hazırlanır.
Əvvəldə göstərdiyimiz həlim suyu yarıbayarı qalana qədər qaynadılır, özü qədər keçi piyi ilə (qızdıraraq) qarışdırılır, bir bardağa tökülüb qapağı bağlanır, qıraqları xəmirlə tutulur, bir neçə saatlığa sobaya qoyulur; bərkimiş kütlədən su boşaldılır (əgər hamısı buxarlanmayıbsa). Bu məlhəm saçların bərkidilməsi üçün yaxşı vasitədir.
3. 4 stəkan suya 4 xörək qaşığı pıtırqan kökü tökülüb qaynadılır, onun 1 hissəsinə 4 hissə kərə yağı tökülüb qarışdırılır. Yanıqlarda istifadə olunur.
4. 20 q qurudulmuş pıtırqan yarpağı, 20 q çobanyastığı gülü, 20 q yağıotu bitkisi götürülür, 4 stəkan suya tökülüb qaynadılır. Buna 1 xörək qaşığı kərə yağı və 2 stəkan sənamaki ovuntusu həlimi tökülür və yenidən saqqız kimi dartınan bir məhlula çevrilənə qədər bişirilir (bunu su hamamında bişirmək yaxşıdır). Süzdükdən sonra yarıbayarı qliserinlə qarışdırılır. Bu məlhəm ekzemalarda çox yaxşı nəticə verir.
5. 1 xörək qaşığı pıtırqan kökü tozunu 400 ml suya əlavə edib 15 dəqiqə qaynatmaq lazımdır. Qaynatdıqdan sonra qapağı bağlı qabda 2 saat saxlamaq lazımdır. Daha sonra gündə 3 dəfə yarım saat yeməkdən öncə yarım stəkan qəbul etmək lazımdır. Bununla damarların təmizlənməsi, qəbizliyin aradan qaldırılmasına nail olmaq olar. Bu qarışımlı su ilə saçları yaxalamq saçların tökülməsinin qarşısı almaq üçün çox effektivdir.