İnsanda qan azlığı müşahidə edilərkən, dərhal tərkibində dəmirlə zəngin olan qidalar məsləhət görülür. Orqanizmdə dəmir azlığı qanın səviyyəsinin aşağı düşməsinə səbəb olur. Amma bütün hallarda səbəb bu olmaya bilər.

Foodinfo.az xəbər verir ki, qan azlığı problemi qəfildən yaranmır. Uzun illər qidalanmanın buna təsiri böyükdür. Qadınlarda qan azlığı daha çox müşahidə edilir. Çünki hamiləlik dövründə bu problem daha da kəskinləşə bilər. Qan azlığı xərçəng xəstəliyinin də ilkin mərhələsi ola bilər. Bu baxımdan problemə ciddi yanaşmaq lazımdır.

Qan azlığı, ümumiyyətlə, cəmiyyətdə çox sıx görülən problemdən biridir və önəmli sağlamlıq problemi olaraq qarşımıza çıxmaqdadır.

Qan azlığının yaranma səbəbləri

Burada, təbii ki, əsas məlumatlandırıcı olması üçün deyə bilərəm ki, 3 əsas səbəbi var qan azlığının. Bizim qan yaradan orqanımız sümük iliyidir. 

İkincisi, bu sümük iliyinin qan yaratması üçün bəlli-başlı xam maddələrə, deyək ki, qida maddələrinə ehtiyacı var. Bunların azlığı, çatışmazlığı. 

Üçüncüsü isə daha çox qanın normal ömrünü yaşaya bilməyib, normal ömrünün qısalması, parçalanmasıdır ki, bunlar, bu 3 təməl səbəb qan azlığına səbəb ola bilir. 

Dəmir çatışmazlığı yenə ümumi qan azlığı tablosunun içində çox ciddi faizlə yer tutmaqdadır. Dəmir çatışmazlığı ilə xüsusilə, qadın xəstələrimiz çox sıx-sıx müraciət etməkdədirlər. Əsas da qadın xəstələrlə birlikdə təbii yetkinlik dövründəki uşaqlarda və hamilə qadınlarda sıx görülməkdədir. Bunun da əsas səbəbi uşaq və ya hamilə qadınlarda ehtiyacın artmasından irəli gəlir.

Uşaqlarda, bəlkə, düzgün qidalanmamanın və ya böyümə çağının verdiyi yüksək təlabata yetişməməsi bir səbəb olaraq qarşımıza çıxa bilir. 

Qadınlarda isə, xüsusilə də, aybaşı olan qadınlarda menapauza öncəsi periodda, təbii ki, aylıq, periodik itki, qan itkisinin səbəbi olaraq dəmir çatışmazlığı ortaya çıxmaqdadır.

Qan azlığı dediyimiz zaman unutmamalı olduğumuz ən önəmli nöqtə bunun bir xəstəlik olmadığıdır. Qan azlığı bir xəstəlik deyil, bu bir əlamətdir, bir işarətdir. Altda yatan xəstəlik mütləq ayırd edilməlidir və ona görə bir müalicə yazılmalıdır.

Qan azlığı, adətən, xəstələrdə halsızlıq, yorğunluq, “efor dispneyası” dediyimiz hərəkətlə ortaya çıxan nəfəs darlığı, əvvəllər çox daha rahatlıqla edə bildiyi hərəkətləri artıq edə bilməməsi və məsələn, 2 mərtəbə çox rahatlıqla çıxa bilərkən artıq bunda çətinlik çəkməsi kimi səbəblər. Bununla birlikdə, xüsusilə, qadınlarda sıx görülən saç və dırnaqlarda asan qırılmalar, saç tökülməsi, yuxuya meyillilik və ya eyni zamanda yuxusuzluq kimi problemlər.