Asiya armudu olaraq bilinən naşi armuduna ölkəmizdə alma armudu da deyilir. Yuvarlaq formaya sahib olan, şirin və sulu naşi armudunun sağlamlığa da bir çox faydası var. Sizlərə naşi armudunun faydalarını sadalayırıq. Qeyd edək ki, bu növ armudun bir neçə fərqli rəngi mövcuddur. Sarı, narıncı və qəhvəyi rəngləri olan naşi armudu digər armudlardan daha şirin və suludur. Qanı təmizləyir Asiya armudunun bilinən ən önəmli faydası qanı neytrallaşdırmasıdır. Qan bədənimizin ifadə yerinə düşərsə benzini kimidir. Qanın təmiz olması orqanizm sağlığı baxımından olduqca əhəmiyyətlidir. Naşi armudu qanın tərkibində olan sərbəst radikalların təmizlənməsinə yardımçı olaraq bədənimizdə hər hansı bir xəstəliyin yaranmasına əngəl olur. Həzm sistemini təmizləyir Bu armud növü az kalorilidir. Sümük, qan və kadriovaskulyar, yəni sağlamlıq üçün lazım olan bütün mikro qida maddələri tərkibində olan bu meyvə, sindirim sistemindəki qalıqların sürətli atılmasına yardımçı olur. Kanserogen maddələrin atılmasını təmin edir Mütəmadi olaraq yeməklərdən sonra yeyilən armud orqanizmə daxil olan kanserogen maddələrin bədəndən atılmasını sürətləndirir. Mədə və ağciyər xərçənginin qarşısını alır Naşi armudu həddindən çox hidroksisinnamik turşusu və kuersetin antioksidantlarla zəngin olduğundan mədə və ağciyər xərçənginin qarşısını almağa yardımçı olur. (ailem.az)