Kökəlmə müasir dünyanın ən aktual problemlərindən biridir. Kökəlmə bədənin yağlı hissəsinin çəkisinin yağsız hissəsinin çəkisindən artıq olmasıdır.
Mövzu ilə bağlı Foodinfo.az-a açıqlama verən həkim dietoloq Günel Əzimova bildirib ki, kökəlmənin qarşısını bir neçə yolla almaq olar.
Onun sözlərinə görə, mütamadi idmanla məşğul olmaq həmçinin un məmulatlarından uzaq olmaq kökəlmənin qarşısının alınmasına gətirib çıxarır. Sadalananlarla yanaşı kök insanlar əsas gündəlik qəbul etdikləri qidalara diqqət yetirməlidirlər. Sağlam qidalar qəbul edilməlidir.
Həkim dietoloq həmçinin arıqlamaq istəyənlər üçün də maraqlı resept verib:
"Arıqlamaq , qarındakı piyi əritmək üçün 1 dəstə cəfərini 2 yemək qaşığı limon suyunu yarım stəkan suya qataraq 1 dəqiqə blendorda çəkmək lazındır. Hər səhər yarım stəkan bu detoksdan için. 7 gün ara verin və təkrar 15 gün boyunca eyni şəkildə davam edin. Bu proseduru 15 gündən artıq etmək olmaz".