İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Qida Təhlükəsizliyi Agentliyi”nin birgə təşkilatçılığı ilə “İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu”mövzusunda seminar keçiriləcək. Foodinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlara ixracı zamanı tələb olunan sertifikatlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər, qida təhlükəsizliyi sahəsində qanunvericilik islahatları, xarici ölkələrin idxal tələbləri,sertifikatlaşdırmanın və laborator-sınaq xidmətlərinin rəqabətli biznes mühitinin formalaşmasına təsiri müzakirə olunacaq. Seminarın əsas məqsədiqida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir biznes subyektinin ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin və mübahisəli halların həll edilməsi istiqamətində maarifləndirməni təmin etməkdir. Seminar çərçivəsində təqdimat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq ekspertləri tərəfindən aparılacaqdır. Əsasən sahibkarların iştirakı üçün nəzərdə tutulan seminar iyul ayının 26-də saat 10.00-da keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlərdən aşağıdakı link vasitəsi ilə http://iqtisadiislahat.org/registration/ qeydiyyatdan keçmələri xahiş olunur.