Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyi nəzarət məntəqələri sahəsində həyata keçirilən uzunmüddətli layihə çərçivəsində baytar həkim vəzifələrinə işə qəbul elan edib. Qida Təhlükəsizliyi İnstitutundan Foodinfo.az-a verilən məlumata görə, namizədlər öz CV-lərini sentyabrın 15-ə kimi aşağıdakı şərtlərə uyğun olaraq göndərməlidirlər. Vəzifə və öhdəliklər: – Qida və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın zəruri baytar-sanitar keyfiyyətinin təminatına zəmanət vermək; – mərkəzi və yerli icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, tabeliyindən və mülkiyyət formalarından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, beynəlxalq təşkilatlar, xarici hüquqi şəxslər, heyvan və heyvandarlıq məhsullarının sahibləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının baytarlıq təbabəti qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək; – Azərbaycan Respublikasının ərazisini xarici dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq; – ətraf mühiti çirklənmədən mühafizə etmək işinə köməklik göstərmək; – baytarlıq elminin inkişafını və nailiyyətlərinin tətbiqini təmin etmək. Namizədə tələblər:  – Baytarlıq sahəsində qanunvericiliyi və Azərbaycan Respublikasının Qanunlarını bilməli; – İnzibati ərazi vahidlərinin iqtisadi potensialları haqqında məlumatlı olmalı; – Ali təhsil tələbi: Bakalavriat səviyyəsi – Baytarlıq təbabəti. Magistratura səviyyəsi arzuolunandır. Təcrübəyə dair tələb: Mütəxəssis vəzifələrində minimum 3 illik iş təcrübəsi; – Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır; – Yaş həddi: 45-dək. Şərtlər:  – İş qrafiki: Tam iş günü. – Əmək haqqı 600-800 manat. Üstünlüklər: – Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ layihəsi-Baytar həkim” yazaraq 15.09.2019 tarixinə qədər [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar. Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır. Suallar ilə bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994 12 377-00-20 (532) İnsan resursları və sənədlərlə iş şöbəsi