Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna BİZNESİN İNKİŞAFI üzrə rəhbər vəzifələrə təcrübəli işçilər axtarılır
Vəzifə və öhdəliklər:
- Fəaliyyət göstərdiyi sahədə səlahiyyətləri çərçivəsində İnstitutu təmsil edir;
- Biznesin inkişafı təşəbbüslərinin stimullaşdırılması ilə bağlı tədbirlər həyata keçirir;
- Sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı İnstitut tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparır;
- Çalışdığı sahə üzrə əmək funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirir;
- Kiçik və orta biznesin inkişafı ilə bağlı təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;
- Sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərir;
- Sahibkarlıq sahəsində maarifləndirilmə məqsədilə sağlam milli təhsil profilinin təşviqi üçün tədbirlər görür;
- Sahibkarları təmsil edən qurumlar və biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, sahibkarların hüquqlarının qorunması və onların inkişafı istiqamətində birgə tədbirlər həyata keçirir;
- Sahibkarlar arasında klasterləşmə və partnyorluq yanaşmasının formalaşması və onların buna marağının artırılması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək üçün təkliflər verir;
- Yerli və xarici biznes subyektlərinin iştirakı ilə keçirilən müvafiq təşviqedici kampaniyalar (sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün biznes ideyalarının formalaşdırılması, biznesin təşkili və inkişafı istiqamətlərində təlim proqramları və s.) barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarları məlumatlandırır, onların bu kampaniyalarda iştirakını stimullaşdırır və əməkdaşlığı təmin edir.
Namizədə dair tələblər:
- “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu bilməli;
- Sahibkarlığa dövlət dəstəyi və təşviq mexanizmləri haqqında məlumatlı olmalı;
- İnzibati ərazi vahidlərinin iqtisadi potensialları barədə məlumatlı olmalıdır.
Ali təhsil tələbi:
- Bakalavriat səviyyəsi - iqtisadiyyat, idarəetmə və ya hüquq. Magistratura səviyyəsi arzuolunandır. Xaricdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.
Təcrübəyə dair tələblər:
- Mütəxəssis vəzifələrində 4 illik iş təcrübəsi və ya aidiyyəti sahə üzrə rəhbər vəzifələrdə 3 illik iş stajı;
- Azərbaycan və ingilis dilini səlis bilməli (Rus dili və digər dil bilikləri arzuolunandır);
- İT biliklərinə dair tələb: kompüterdən, Excel və Word proqramlarından istifadəçi səviyyəsində biliklər.
Şərtlər:
- Tam iş günü, iş qrafiki I-V günlər.
- Əməkhaqqı yüksəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ HR” yazaraq 25.05.2019-cu il tarixədək [email protected] ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.