Nə yediyimizi bilmək bizim ən təbii haqqımızdır.
Aldığınız qidaların boyat olub-olmadığını bəzi testlərlə müəyyənləşdirmək mümkündür. Sözügedən testləri təqdim edirik:
- Aldığınız toyuq sinəsində ağ və qalın xətlər varsa, onu geri qaytarmağınız məsləhət olunur. Çünki bu toyuqlar hormon yeridilərək böyüdülmüş toyuqlardır. Toyuq sinəsinin rəngi sarıya yaxındırsa, qətiyyən yeməyin. Çünki bu da toyuğun boyat olduğunu göstərir.
- Süzmə pendirin nişastalı olub-olmadığını müəyyən etmək üçün çox az miqdarda yoda ehtiyacınız var. Məhsulun tərkibində nişasta yoxdursa, onun rəngi qəhvəyi rəngə çalacaq. Otaq istiliyində qalan pendirin rənginə diqqət edin. Yenə saradırsa, deməli tərkibinə tərəvəz yağları əlavə olunub.
- Bir səthə bir az bal qoyun. Saxta bal damlayır və dərhal səthdə yayılır. Yüksək keyfiyyətli bal olduqca qalın və incə bir axın hal alır. Balın dadı hədsiz şirindirsə, bu da tərkibinə ağ şəkər qatıldığını göstərir.
- Təzə balığın gözləri buludlu olmur. Əksinə, parlaq və canlı olur. Balığın səthində metal bir parlaqlıq olmalıdır. Eyni zamanda, pulcuqları da bədəninə sıx-sıx yapışmış olmalıdır. Belə olduğu müddətdə balığı iştahla yeyə bilərsiniz.
(Metbuat.az)