Qış aylarında evin temperaturunun düzgün tənzimlənməsi həm sağlamlıq, həm də enerji sərfiyyatı baxımından böyük önəm daşıyır.

Foodinfo.az xəbər verir ki, qışda otaqda kondisionerin temperaturu 20–23°C arasında saxlanmalıdır. Bu aralıq həm nəfəs yollarını qıcıqlandırmır, həm də bədənin istilik balansını qoruyur.

Havanın 24°C-dən yuxarı qızdırılması havanın qurumasına, boğazda yanğı, baş ağrısı və yuxululuq kimi narahatlıqlara səbəb ola bilər. Bundan başqa, isti hava ilə soyuq hava arasındakı kəskin fərq orqanizmin adaptasiya imkanlarını zəiflədir və xəstələnmə riskini artırır.

Kondisioneri 20–23°C aralığında saxlamaq həm də enerjiyə qənaət baxımından ən optimal göstəricidir. Temperatur yüksəldikcə cihaz daha çox enerji sərf edir və bu, elektrik xərclərini artırır.

– Otaq temperaturunu 20–23°C aralığında saxlayın.

– Havanın qurumaması üçün otaqda nəmləndirici istifadə edin.

– Kondisioneri birbaşa üzərinizə yönəltməyin.

– Gecə saatlarında temperaturu 19–20°C-ə endirmək daha rahat yuxu yaradır.

Qış mövsümündə kondisionerdən düzgün istifadə evin həm rahatlığını, həm də sağlam mühitini qorumaq üçün vacib sayılır.