Noxudu isladarkən (suya qoyarkən) suya duz əlavə etmək həm bişirmə prosesini, həm də noxudun keyfiyyətini yaxşılaşdırır.
Duzlu suda isladılan noxud bişərkən daha tez yumşalır və öz formasını daha yaxşı qoruyur.
Foodinfo.az xəbər verir ki, duz suyun mineral balansını dəyişdirərək noxudun qabığının çox sərtləşməsinin qarşısını alır. Bu isə noxudun daxilə suyu daha rahat çəkməsinə və bişmə prosesinin bərabər aparılmasına şərait yaradır.
Bundan əlavə, duzlu islatma noxudun həzmini də asanlaşdırır. Prosesi düzgün yerinə yetirdikdə qaz və şişkinlik kimi şikayətlərin azaldığı qeyd olunur.
Ən ideal üsul noxudu gecədən duzlu suda islatmaq və səhər bişirməzdən əvvəl yaxşıca yumaqdır. Bu, həm dadı artırır, həm də noxudun daha yumşaq və ləzzətli olmasını təmin edir.






