Son illərdə qlütensiz pəhriz populyarlaşsa da, mütəxəssislər bildirir ki, bu qida tərzi hər kəs üçün zəruri deyil. 

Foodinfo.az xəbər verir ki, qlütenə qarşı həssaslıq, çölyak xəstəliyi və ya buğda allergiyası olmayan şəxslər üçün qlütensiz pəhrizə keçmək əlavə fayda vermir və hətta bəzi hallarda qida çatışmazlığı riskini artırır.

Çölyak xəstələri üçün qlütensiz pəhriz həyati əhəmiyyət daşıyır. Çölyak xəstələrində qlüten bağırsaq divarını zədələyərək qida maddələrinin mənimsənilməsini pozur. Bununla yanaşı, qlütenə həssaslıq və ya buğda allergiyası olan insanlar da qlütensiz pəhrizdən faydalana bilər.

Sağlam insanlar üçün isə mütəxəssislər bildirir ki, qlütensiz pəhriz vacib deyil. Qlütensiz məhsulların lif, B vitamini və minerallar baxımından az zəngin olması bəzən qida çatışmazlığına səbəb ola bilər. 

Balanslı və müxtəlif qidalanma sağlamlığın qorunmasında ən etibarlı yol hesab edilir.

Qida rasionunda ciddi dəyişiklik etməzdən əvvəl mütləq tibbi müayinə aparılmalı və qlütensiz pəhriz yalnız tibbi göstərişlərə əsasən tətbiq olunmalıdır.