İngiltərənin ən böyük restoran şəbəkələri arasında yer alan "Pizza Express", təxminən 1,1 milyard funt-sterlinq məbləğindəki borclarının ödənilməsinə möhlət verilməsi üçün kreditorlarla danışıqlar aparır.
"Pizza Express"in 470 şöbəsi var.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, Şirkətin borcunun faizi isə illik təxminən 93 milyon funt sterlinq səviyyəsindədir. Şirkətin illik mənfəəti ancaq borcların faizinin böyük hissəsinin bağlamasına kifayət edir.
Şirkətin İngiltərə xaricində Asiya və Avropada cəmi 180 filialı mövcuddur. 1965-ci ildə yaradılan "Pizza Express" 14 min nəfərə məşğulluq təmin edir. İdarəetmə mərkəzi Londonun qərbində Uxbridge bölgəsində yer alan şirkəti, 2014-cü ildə Çinin "Hony" investisiya şirkəti satın almışdı.