Rozmarin yağı qədimdən həm tibbi, həm kosmetik, həm də aromaterapiyada istifadə olunan çox faydalı bir bitki yağıdır. Onun tərkibindəki aktiv maddələr sayəsində bir çox sahədə müsbət təsirləri müşahidə olunur.

Foodinfo.az rozmarin yağının əsas faydalarını təqdim edir:

1. Yaddaşı və diqqəti gücləndirir

Aromaterapiyada rozmarin yağı beynin fəaliyyətini stimullaşdırmaq üçün istifadə olunur. Diqqət pozğunluğu, yorğunluq və hafizə zəifliyi zamanı buxarını iyləmək faydalı olur.

2. Saç tökülməsini azaldır, saçların uzanmasını sürətləndirir

Saç dərisinə masajla tətbiq edildikdə qan dövranını artırır, bu da saç köklərini qidalandıraraq uzanmanı sürətləndirir və tökülməni azaldır.

3. Əzələ və oynaq ağrılarına yaxşı təsir edir

Masaj yağı kimi istifadə ediləndə iltihab və ağrını azaldır. Revmatizm, əzələ tutulmaları və idmandan sonra yaranan gərginlik üçün rahatladıcı təsiri var.

4. Diş və ağız sağlamlığı üçün faydalıdır

Antibakterial təsiri sayəsində diş əti iltihabı, ağız qoxusu və diş ağrılarında dəstəkləyici rol oynayır. Amma birbaşa udulmamalıdır.

5. Dərini yeniləyir, sızanaqları azaldır 

Yağlı və sızanağa meyilli dərilər üçün tonlaşdırıcı təsir göstərir. Antibakterial olduğu üçün mikrobların çoxalmasının qarşısını alır.

6. Antibakterial və antiseptik xüsusiyyətə malikdir

Kiçik kəsiklərə, yaralara və dəri infeksiyalarına qarşı istifadə edilə bilər.