Əsrlər əvvəl müasir dərmanlar yox idi. Amma elə otlar var idi ki, onlar insanların həyatını xilas edirdilər. Günümüzün reallığı odur ki, bahalı dərmanlar, ardı-arası kəsilməyən prosedurlar dərdimizə əlac olmur. Amma sıradan bir ot, bizə həyatımızı və sağlamlığımızı geri qaytarır.
Heç bir qulluq tələb etmədən yetişən, bənövşəyi rəngdə çiçəklər açan əməköməcinin yarpaqları tərəvəz kimi, çiçəkləri isə dərman olaraq istifadə edilir. Yaz ayında əməköməcinin yarqaları sulu olduğu üçün balla qarışığı zob xəsətliyinin dərmanı kimi istifadə edilir.
Əməköməci keçəlliyə, saçların tökülməsinə qarşı da yaxşı vasitədir. Saçı tökülən adamlar (xüsusilə keçəlləşən kişilər) əməköməcini əzərək, ya da ət maşınından çəkərək cunaya yaxaraq başa qoymalıdır. Səhərdən axşamacan başda qalan bu məlhəm yapışqan kimi başa yapışacaq. Sonra əməköməcini təmizləyib səhəri gün bu proseduru təkrarlamaq lazımdır. Üç gün təkrarlanan bu prosedurun sonunda başda tüklərin əmələ gəldiyi müşahidə olunacaq. Tüklənmədən əziyyət çəkən insanlara bu bitkidən uzaq durmaları tövsiyə olunur. (Metbuat.az)
https://www.youtube.com/watch?v=-6zM2NES0ag