Cəmiyyət olaraq çox şəkər istehlak etdiyimiz hamıya məlumdur. Bu vəziyyət bir çox orqanlara ziyan vurur. Ona görə də şəkər qəbulunu məhdudlaşdırmaq lazımdır.
Foodinfo.az xəbər verir ki, bədənin enerji ehtiyacı üçün lazım olan şəkər bir karbohidratdır və təbii olaraq meyvə və tərəvəz də daxil olmaqla bir çox qidada olur. Vücudumuz enerji üçün lazım olan qlükozanı yaradarkən şəkəri parçalayır. Lakin əlavə edilən şəkərlər orqanizmin düzgün işləməsinə mane olur. Xüsusən də hazır qida və içkilərin tərkibinə şəkər əlavə olunur.
Yeməkdən sonra orqanizm mədədə qidaları parçalayaraq yanacağa çevirir. Lakin həddindən artıq şəkər istehlakı böyrək, beyin, ağciyər, mədəaltı vəzi, göz, dəri, qaraciyər, cinsiyyət orqanları, mədə və nazik bağırsaqların zədələnməsinə gətirib çıxarır. Yüksək qan təzyiqindən tutmuş insult riskinə və erkən yaşlanmaya qədər bir çox xəstəliyə səbəb olur.
Şəkər istehlakının azaldılması bədən uyğunlaşana qədər yorğunluq, baş ağrısı və əhval dəyişikliyinə səbəb ola bilər. Amma bir neçə həftə ərzində siz şirniyyata olan həvəsinizin azaldığını hiss edəcəksiniz.
Şəkər istehlakının azldılması aşağıdakılara səbəb olur:
1) Əhval-ruhiyyəniz yaxşılaşır və enerji səviyyəniz yüksəlir.
2) Yaddaşınız yaxşılaşır.
3) Qarın yağlarınız azalır.
4) Yuxunuz yaxşılaşır.
5) Diabet riskiniz azalır.
6) Üzünüz daha yuvarlaqlaşır.
7) Dəriniz və dişləriniz daha sağlam olur.
8) Ağız qoxusu azalır.
9) Arıqlayırsınız.
10) Daha yavaş qocalırsınız.
11) İmmunitet sisteminiz güclənir və beləliklə tez-tez xəstələnmirsiniz.
12) Libidonuz yaxşılaşır.
13) Bədəniniz enerji üçün şəkər əvəzinə yağ yandırır.